Qəzza üçün yeni fəlakət XƏBƏRDARLIĞI: - Kanalizasiya suları...
Dünya
Qəzza Bələdiyyəsi mühasirəyə alınan Qəzza zolağının şimal hissəsi ilə bağlı xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İsrail ordusu əsas kanalizasiya xətlərini hədəfə aldığı üçün şəhərin böyük bir hissəsini çirkab su basa bilər.
Bu vəziyyətin bölgədə böyük problemlər yaradacağı və ekoloji fəlakətə səbəb olacağı bildirilib.
Bu məsələ ilə bağlı beynəlxalq qurumlara təcili tədbirlər görmək üçün çağırış edilib.
Ülkər Abdurahmanlı