Qəzzada can itkisi 35 min 272-yə yüksəldi

Qəzzada can itkisi 35 min 272-yə yüksəldi Dünya

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən Qəzza zolağı ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail ordusu son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 4 qırğın törədib. Bu hücumlarda daha 39 fələstinli həyatını itirib, 64 fələstinli də yaralanıb.

Qeyd bedək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 35 min 272, yaralıların sayı isə 79 min 205-ə yüksəlib.

Günel Məlikzadə