Qəzzada insan itkisi artır: Son rəqəmlər açıqlandı

Qəzzada insan itkisi artır: Son rəqəmlər açıqlandı Dünya

İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 71 800-ə, yaralananların sayı isə 171 555-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara beş nəfərin meyiti və dörd yaralı gətirilib. Atəşkəsin qüvvəyə mindiyi 10 oktyabrdan bu yana isə 526 nəfər həyatını itirib, 717 nəfərin cəsədi dağıntılar altından çıxarılıb, 1 447 nəfər isə yaralanıb.