Qəzzada ölənlərin sayı - AÇIQLANDI

Qəzzada ölənlərin sayı - AÇIQLANDI Dünya

Qəzza zolağında İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb.

News24.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.

Məlumata görə, 4500 nəfər xəsarət alıb.

Ölənlərdən 260-ı uşaq, 230u isə qadındır.

Qurbanlar arasında altı tibb işçisi və səkkiz media işçisi də var.

Məlumata görə, 140 mindən çox sakin İsrailin atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.