Qəzzada ölənlərin sayı 39 mini - keçdi

Qəzzada ölənlərin sayı 39 mini - keçdi Dünya

İsrailin Qəzza zolağına hücumları 290 gündür ki, davam edir.

News24.az xəbər verir ki, bununla bağlı Fələstin Səhiyyə Nazirliyindən açıqlama verib.

Açıqlamada, son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 23 fələstinlinin həyatını itirdiyi, 91 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 39 min 6-ya, yaralı sayının isə 89 min 818-ə yüksəldiyi qeyd edilib.

Günel Məlikzadə