Qəzzada ölənlərin sayı 70 mini keçib

Qəzzada ölənlərin sayı 70 mini keçib  Dünya

2023-cü ildən bəri Qəzza zolağında ölənlərin sayı 70 117 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Atəşkəsin qüvvəyə mindiyi oktyabrın 10-dan sonra aparılan axtarışlar zamanı dağıntılar altından çıxarılan cəsədlərin sayı 617-yə, yaralıların sayı isə 922-yə çatıb. Nazirlik həmçinin bildirib ki, əvvəlki İsrail hücumlarında dağıntılar altından çıxarılan 1 nəfərin və 13 yaralının cəsədləri 48 saat ərzində Qəzza xəstəxanalarına çatdırılıb.