Qəzzadan şok iddia: Atəşkəs kağız üzərində qalıb
Dünya
Fələstin rəsmilərinin məlumatına görə, İsrail oktyabrın 10-da qüvvəyə minmiş atəşkəsi indiyədək 738 dəfə pozub.
News24.az xəbər verir ki, pozuntular əsasən mülki əhalinin hədəfə alınması, hava zərbələrinin endirilməsi, yaşayış evlərinin dağıdılması və İsrail hərbi texnikasının mülki ərazilərə daxil olması ilə əlaqədar olub.
Oktyabrın 10-dan bu yana Qəzzada 30-dan çox fələstinli həyatını itirib, 980 nəfər yaralanıb, 43 nəfər isə saxlanılıb. Qəzza rəsmiləri İsraili razılaşmaları və beynəlxalq humanitar hüququ “kobud və sistematik” şəkildə pozmaqda ittiham ediblər.
Qeyd edək ki, atəşkəs oktyabrın 10-da ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunub.