Qırğızıstan liderini qəzəbləndirən evlilik təklifi - SƏBƏB

Qırğızıstan liderini qəzəbləndirən evlilik təklifi - SƏBƏB Dünya

Hazırda ölkənin cənubunda davam edən ölümcül daşqınlar zamanı edilən möhtəşəm evlilik təklifi Qırğızıstan prezidenti Sadir Caparovu əsəbləşdirib. O, bacısı qızının nişanlısı Aftandil Sabırbekovu evlilik təklifi üçün hökumət helikopterindən istifadə etməsindən sonra həbs edib.

News24.az xəbər verir ki, hökumətin helikopterindən istifadə edilməsi böyük tənqidlərə səbəb olub və Çaparov böhranlı bir dövrdə belə dəbdəbəli tədbirə dəstək verilməsinin qəbuledilməz olduğunu bildirib.

Prezident Caparovun 2020-ci ildə “Miss Qırğızıstan” seçilən 23 yaşlı bacısı qızı Ləzzat Nurqojoevanın evlilik təklifinin görüntülərini sosial media hesabında paylaşmasından sonra reaksiyalar artıb.

Qeyd edək ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterlərdən biri ilə dağın yamacındakı bir yerə çiçəklərlə bəzədilmiş nəhəng ürəyin önünə uçan gənc cütlüyün evlilik təklifi və atəşfəşanlıqla təchiz edilmiş mərasim geniş marağa səbəb olub. 

“Qardaşım qızına görə ictimaiyyətdən üzr istəyirəm” deyən prezident yerli mediaya müsahibəsində əlavə edib ki, Sabirbekov qardaşı qızını sevmir və onunla yalnız özünə siyasi dəstək qazanmaq və qanunsuz əməllərini gizlətmək üçün evlənmək istəyir.

Eyni zamanda, Sabirbekovun ictimaiyyət qarşısında üzr istəməməsi Caparovu qəzəbləndirib və iki həftə sonra o, qardaşı qızının nişanlısının həbsinə göstəriş verib.

Onu da bildirək ki, yerli mətbuatda yayılan xəbərlərdə Sabirbekovun narkotiklə bağlı cinayətlərə görə həbs edildiyi bildirilir.

Günel Məlikzadə

Qırğızıstan liderini qəzəbləndirən evlilik təklifi - SƏBƏB