Qışın ortasında sakura sürprizi: Yaponiyada festivalda erkən start götürdü

Qışın ortasında sakura sürprizi: Yaponiyada festivalda erkən start götürdü Dünya

Yaponiyada qış sakurası festivalı start götürüb. Hər il bu tədbir ölkəyə 2 milyona yaxın turist cəlb edir.

News24.az xəbər verir ki, təşkilatçıların məlumatına görə, bu il sakuranın çiçəklənməsi daha erkən başlayıb. Ayrı-ayrı ağaclarda çiçəklərin 10-20 faizi artıq açılıb.

Mütəxəssislər erkən çiçəklənməni hava şəraitində müşahidə olunan dəyişikliklərlə əlaqələndirirlər. Festival çərçivəsində həm yerli sakinlər, həm də turistlər üçün müxtəlif mədəni və əyləncə proqramları nəzərdə tutulub.