Qlavçev müvəqqəti hökuməti - YARADIR

Qlavçev müvəqqəti hökuməti - YARADIR Dünya

Bolqarıstanda müvəqqəti baş nazir Dimitar Qlavçev prezident Rumen Radev tərəfindən müvəqqəti kabineti bərpa etmək tapşırılıb.

News24.az xəbər verir ki, Prezident Radev Rəyasət Heyətində keçirilən iclasda "Yeni müvəqqəti hökumətin əsas vəzifəsi ədalətli, dürüst və şəffaf seçkilər təşkil etmək, bu seçkilərdə baş verə biləcək hər hansı saxtakarlığın qarşısını almaq olacaq. Qoy bu, sizin prioritetiniz olsun”.

Radev, "Seçkilərdə baş verə biləcək 'Səs alış-verişi' və digər korrupsiya hallarının qarşısı alınmalıdır" dedi. 

O, Qlavçevə avqustun 26-dək vaxt verib ki, müvəqqəti kabinet təşkil etsin.

Prezident Radev bildirib ki, Qlaçevin quracağı hökumət təsdiqini alarsa, yeni növbədənkənar ümumi seçkilər oktyabrın 27-də keçirilə bilər.

Onu da qeyd edək ki, Radev, müvəqqəti baş nazirliyə namizəd kimi irəli sürdüyü Hesablama Məhkəməsinin sədr müavini Qoritsa Gınçarova-Kojarevanın təqdim etdiyi kabinet layihəsini təsdiq etməyib.

Bolqarıstan seçiciləri siyasi qeyri-sabitlik səbəbindən hökumət qurula bilməyən son 3 ildə 7-ci dəfə erkən seçki üçün sandıq başına gedəcək.

Günel Məlikzadə