Qonşu ölkədə çəkilən bu görüntü bütün dünyanı şoka saldı - Foto

Qonşu ölkədə çəkilən bu görüntü bütün dünyanı şoka saldı - Foto Dünya

İranda 2025-ci ilin dekabrından iqtisadi fonda başlayan etirazlar tezliklə siyasi tələbləri də əhatə edən genişmiqyaslı hərəkata çevrilib.

News24.az xəbər verir ki, bu etirazlar zamanı bir qrup nümayişçi əlində üzərində Davud ulduzu və “Baal” sözü yazılmış heykəli yandıraraq “İsrailə ölüm” şüarları səsləndirib. Bu görüntülər beynəlxalq medianın diqqətini çəkib və ciddi müzakirələrə səbəb olub.

"Baal" qədim mifologiyada tanrı kimi tanınsa da, müasir rəvayətlərdə tez-tez elit korrupsiya, uşaq qurbanlığı və ya Ceffri Epşteyn kimi mənfi obrazlarla əlaqələndirilir. Nümayişçilərin yandırdığı heykəl üzərindəki Davud ulduzu isə İsrail əleyhinə radikal simvolik ifadə kimi qəbul olunur və bəzi qruplar üçün xarici siyasətə etirazın vizual göstəricisidir.

Qeyd edək ki, etirazlar yalnız iqtisadi və daxili siyasət məsələlərini əhatə etməyib, həm də İranda xarici siyasət, xüsusilə İsrailə qarşı qəzəb ifadəsi ilə birləşib.

Qonşu ölkədə çəkilən bu görüntü bütün dünyanı şoka saldı - Foto