Qonşu ölkədə etiraz alovu: Bələdiyyə binası yandırıldı - Video
Dünya
İranda etiraz dalğası daha da genişlənib.
News24.az xəbər verir ki, ötən gün Kərəc şəhərində keçirilən etiraz aksiyaları zamanı Kərəc Bələdiyyə binası nümayişçilər tərəfindən yandırılıb.
Hadisə zamanı binanın fasadı və daxili hissəsi ciddi şəkildə zədələnib.
Məlumata görə, indiyə qədər 150-dən çox bölgədə etirazçılar hökumət binalarına hücum edərək onları yandırıblar.