İran ABŞ-nin təklifinə cavab verdi

İran ABŞ-nin təklifinə cavab verdi Dünya

İran vasitəçilərdən müharibənin dayandırılması ilə bağlı təkliflər alıb, lakin həmin təkliflərdə həddindən artıq sərt və məntiqsiz tələblər yer alıb.

News24.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlamasında bildirib.

İran XİN nümayəndəsinin sözlərinə görə, iranlılar nizamlanma təkliflərinə xüsusi ehtiyatla yanaşırlar.

O həmçinin vurğulayıb ki, hazırda ölkə ABŞ ilə danışıqlar aparmır. /Al alam