İran ABŞ-yə zənginləşdirilmiş uranı təhvil verəcək? – Trampdan açıqlama
Dünya
Tehran Vaşinqtona 2025-ci ilin yayında ABŞ-nin zərbələr endirdiyi obyektlərdəki “nüvə tozu”nu təhvil verməyə razılaşıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
Tramp “nüvə tozu” ifadəsi ilə zənginləşdirilmiş uranı nəzərdə tutub.
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, sözügedən uran ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra yerin dərin qatlarında basdırılıb.
Amerika liderinin sözlərinə görə, ABŞ ilə İslam Respublikası arasında bir çox razılaşmalar mövcuddur.
O, yaxın vaxtlarda Tehranla Vaşinqton arasında sazişin imzalana biləcəyini istisna etməyib.
Tramp həmçinin vurğulayıb ki, İranla müharibə planı üzrə gedir və yaxın zamanda başa çatacaq. /Washington Post/