İran danışıqlara hazırdır və təklif üzərində işləyir – Tramp
Dünya
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun tələblərinə cavab olaraq öz təklifini hazırladığını bildirib.
News24.az xəbər verir ki, o, “Reuters“ agentliyinə müsahibəsində deyib ki, Tehran müəyyən təşəbbüslə çıxış etməyə hazırlaşır:
“Onlar təklif hazırlayır, biz isə baxacağıq”.
Tramp əlavə detalları açıqlamayıb, lakin ABŞ tərəfinin diplomatik prosesə açıq olduğunu vurğulayıb. (APA)