"İran razılaşma istəyir" – Tramp
Dünya
İran ABŞ ilə razılıq əldə etməyə çalışır.
News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Onlar razılaşmaq istəyirlər, bizim nümayəndələrlə danışıqlar aparırlar”, – deyə ABŞ lideri Ağ Evdə jurnalistlərin İrana dair suallarını cavablandırarkən bildirib.
“Lakin onların hazır olub-olmadıqlarına əmin deyiləm”, – Tramp əlavə edib.
Tramp İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ilə bağlı əlavə suallara konkret cavab verməyib: “Bilmirik, o ölüb ya yox. Deyə bilərəm ki, onu heç kim görməyib və adi hal deyil”.