"İran İsrailə zərbə endirəcək" – Trampdan gözlənilməz bəyanat

"İran İsrailə zərbə endirəcək" – Trampdan gözlənilməz bəyanat Dünya

İran nüvə silahı əldə edəndən bir saat sonra İsrailə zərbə endirəcək.

News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Bildirib ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır.

"Mən Obamanın imzaladığı razılaşmanı bitirməsəydim, onlar bu silahı 6 il əvvəl əldə edərdilər və dərhal da istifadəsinə başlayardılar", – Tramp əlavə edib.

Qeyd edək ki, İran danışıqlar heyətinə yaxın mənbə "Tasnim" agentliyinə bildirib ki, Tehran heç bir halda uranın ölkədən çıxarılmasına razılıq verməyib.