Çağırış: İrana qarşı - sərt tədbirlər görülməlidir
Dünya
Yaxın Şərqdə söz sahibi olmaq istəyən İranın fəaliyyətləri bölgə üçün təhdid yaratmaqda davam edir.
News24.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinə ünvanlanan məktubda yazılıb. İran “terrorizmə dəstək verən” ölkə kimi qiymətləndirilir. Məktubda İrana qarşı daha sərt tədbirlər görməyə çağırış edilib.
“İranda insan haqları ilə bağlı tükürpərdici vəziyyət, Yaxın Şərqdə silahlı qruplaşmalara dəstək, Ukraynaya qarşı amansız müharibəsində Rusiyaya böyük yardım, terrorizmə və adam oğurluğuna dəstək bu ölkəni beynəlxalq sabitliyə açıq təhdidə çevirib”, - deyə məktubda yazılır.
Burada İrana qarşı daha sərt tədbirlər görməyə çağırış edilib.
Məktub müəllifləri xəbərdarlıq edirlər ki, İranın Yaxın Şərqdə söz sahibi olmaq istəyi, bölgədə təhlükəli vəziyyət yaradıb. Bu səbəbdən İran rejiminin təcrid edilməsinin və ona qarşı beynəlxalq koalisiyanın gücləndirilməsinin zərurliyi vurğulanır.
Məktubda İranın yaratdığı nüvə təhlükəsinə də diqqət çəkilir. Qeyd olunur ki, bu, İran rejiminin daha genişmiqyaslı təhdidləri kontekstində nəzərdən keçirilməlidir.
Qeyd edək ki, Məktubu Liberal Demokratlar Partiyasının keçmiş lideri Minqis Kempbell, keçmiş müdafiə naziri Maykl Fallon, NATO-nun keçmiş baş katibi və sabiq müdafiə naziri Corc Robertson, keçmiş nazirlərdən Mark Sedvell, İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alişa Kerns, keçmiş baş nazir Devid Riçards imzalayıb.
Arzu