İranda güclü zəlzələ baş verdi

İranda güclü zəlzələ baş verdi Dünya
İranın Seysmoloji Mərkəzi xəbər verir ki, İranın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

News24.az-ın məlumatına görə, təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb. Zəlzələnin episentri Xorasan-Rəzəvi əyalətində olub.

Zəlzələnin ocağı 8 kilometr dərinliyə təsadüf edib. Hazırda dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.