İraqda restoranda qaz partlayıb, - 15 nəfər yaralanıb
Dünya
İraqın Süleymaniyyə şəhərində restoranda qazın partlaması nəticəsində 15 nəfər yaralanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.
Yaralılar xəstəxanalara çatdırılıb, birinin Hollandiya, digərinin isə Filippin olmaqla 2 xarici ölkə vətəndaşı olduğu qeyd edilib.
Partlayış ətrafdakı binalara ziyan vurub.
Partlayışla bağlı araşdırma aparılr.