“Ərdoğan vəfat etdi” yazan 3 jurnalist saxlanıldı

“Ərdoğan vəfat etdi” yazan 3 jurnalist saxlanıldı Dünya

Türkiyədə “Aydın Denge” qəzetində “Ərdoğan vəfat etdi” başlıqlı material dərc edildikdən sonra üç jurnalist saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə “OdaTV” məlumat yayıb.

Məlumata görə, qəzetin “Facebook” səhifəsində “Ərdoğan vəfat edib” yazısı olan paylaşım yayımlanıb.

Lakin xəbərdə söhbət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan deyil, Gülşən Ərdoğan adlı vətəndaşın ölümündən gedib.

Aydın şəhər prokurorluğu əhali arasında çaşdırıcı məlumatların açıq şəkildə yayılması ilə bağlı araşdırmaya başlayıb.

Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə təqsirləndirilən şəxsləri 4 il 6 aya qədər həbs cəzası gözləyə bilər.

Araşdırma zamanı qəzetin nümayəndəsinin Emin Aydın, baş redaktorunun Yeşim Ülken, müxbirinin isə İslam Keleş olduğu müəyyən edilib. Bildirilir ki, hər üç jurnalist saxlanılıb.