Regionda müharibə başlayır - KİV
Dünya
ABŞ ölkədəki etirazlar fonunda "yaxın həftələrdə" İrana hücum etməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr "İran İnternational"a bildiriblər.
Mənbənin sözlərinə görə, ABŞ ötən həftə çoxlu hərbi texnikanı Yaxın Şərqə göndərib və bu proses qarşıdakı günlərdə də davam edəcək.
Qeyd olunub ki, İsrail yalnız ABŞ-nin addımından sonra və yalnız İranın İsrailə hücum etməsi və ya belə hücum niyyətinin açıq əlamətlərini göstərməsi halında əməliyyata qoşulacaq.
Daha əvvəl "Reuters" agentliyi İsrailin son illərin ən böyük hökumət əleyhinə etirazları fonunda ABŞ-nin İrandakı vəziyyətə müdaxilə etmə ehtimalı ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirildiyi barədə məlumat yaymışdı.