Rəisi hökumətindən qadınlara daha bir - QADAĞA

Rəisi hökumətindən qadınlara daha bir - QADAĞA Dünya
İran parlamentinin üzvləri 7-ci İnkişaf Planının, qadınların evlilikdən və uşaq dünyaya gətirməkdən uzaq düşməmələri üçün daha çox evdə qalmalı olduqlarını vurğulayan proqramı nəzərdən keçiriblər.

News24.az xəbər verir ki, bu barədə iqtisadi məsələlər üzrə analitik Zəhra Kərimi deyib. O, qeyd edib ki, bu proqramda ailə və cəmiyyət məsələləri o qədər böyüdülüb ki, qadınlar bu məsələnin yükü altında qalıblar.

Onun sözlərinə görə, həmin inkişaf planı qadınların evdə oturmasına daha çox diqqət yetirir. Sözügedən proqramın qadınların məşğulluğu üçün tərtib etdiyi statistika gender bərabərliyini azaltmaqla yanaşı, bu problemin dərinliyini də artırıb. Həmin plana görə, qadınlar məşğulluq göstəricisindən məhrum ediliblər.

Aynurə