Rəisi Paşinyanla 3+3 platformasından danışdı: - "Siyasətimiz bəllidir"

Rəisi Paşinyanla 3+3 platformasından danışdı: - "Siyasətimiz bəllidir" Dünya

“İranın Qafqazla bağlı xarici siyasəti müəyyən edilib. Qafqaz regionunun regiondankənar ölkələrin rəqabət meydanına çevrilməməsini və onun məsələlərinin kənar şəxslərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həllini təmin etmək lazımdır”.

News24.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla ötən gün baş tutan telefon danışığında bildirib.

“İran Qafqaz regionu ilə kommunikasiya marşrutları və infrastrukturun açılması üçün istənilən addımları, eləcə də platformaları dəstəkləyir. Həmçinin bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmət etməklə, bunu sülhün möhkəmləndirilməsi, qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir”, - Rəisi qeyd edib.

İran Prezidenti Tehranda “3+3” görüşünün uğurla keçirilməsini regional münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi, region ölkələri arasında bir-biri ilə münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv addım qiymətləndirib: “Region ölkələrinin qarşılıqlı fayda və mənafelərini təmin etmək məqsədilə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi İranın əsas siyasətidir”.

Ayşən