Rekord məbləğdə vergi ödədi

Rekord məbləğdə vergi ödədi Dünya

“SpeysX” şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.

“Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə mənim qədər çox vergi verən olmayıb”,- deyə Mask bildirib.

Maskın sözlərinə görə, o vəfat etdikdən sonra əmlaka görə əlavə 40 faiz həcmində daha bir vergi tutulacaq.

Milyarder hesab edir ki, ümumilikdə trilyonlarla dollar vergi ödənilməli olacaq. (Bakupost.az)