Respublikaçılar Vensi gələcək prezident kimi alqışladı
Dünya
Cey. Di. Vens ABŞ-də 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının mümkün namizədi kimi gündəmə gəlib.
News24.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 10-da Texas ştatının Dallas şəhərində Respublikaçılar Partiyasının qurultayı çərçivəsində keçirilən qapalı tədbirin iştirakçıları ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensi gələcək dövlət başçısı kimi alqışlayıblar.
Vensin çıxışı zamanı iştirakçılar “48” şüarı səsləndirib. O, 2028-ci il prezident seçkilərində qalib gələrsə, ABŞ-nin 48-ci prezidenti olacaq.
Tədbirdə Ohayo, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarından qanunvericilər, yerli hakimiyyət nümayəndələri və Respublikaçılar Partiyasının funksionerləri iştirak edib.
Qeyd edək ki, Donald Tramp avqustun 7-də Vensin 2028-ci il prezident seçkilərində namizədliyini dəstəkləməyə hazır olmadığını açıqlayıb. ABŞ Konstitusiyasının 22-ci düzəlişi prezidentin iki müddətdən artıq seçilməsini məhdudlaşdırır. Tramp isə üçüncü müddətə seçilmək ehtimalını dəfələrlə gündəmə gətirib.
ABŞ-də Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Hazırda Respublikaçılar həm Senata, həm də Nümayəndələr Palatasına nəzarət edir.