İrəvandaki yanğınla bağlı - Yeni detallar

İrəvandaki yanğınla bağlı - Yeni detallar Dünya
Ermənistandaki yanğınla bağlı yeni detallar bəlli olub.

News24.az xəbər verir ki, polis yanğın baş verən ərazidə vətəndaşların təhqir etdiyi və döydüyü 1 nəfəri saxlayıb.

Onun niyə döyüldünün səbəbi bəlli deyil. 

Hadisə yerində ağır texnikanın işləməsinə icazə verilmir. Dağıntıların altında hələ də adamlar var. Ona görə də dağıntının qalıqlarını əllə təmizləyirlər.

Arada işi dayandırıb dağıntının altından səs gəlib-gəlmədiyini müəyyən etməyə çalışırlar. Alt qatlarda yanğının tam sönmədiyi, qalın tüstü qatının olduğu bildirilir.

Hadisədən sonraki müraciətlər nəticəsində ən azı 20 nəfərin itkin düşdüyü bildirilir.