“Robot” qalmaqalı: sərgidəki fiqurların insan olduğu üzə çıxdı

“Robot” qalmaqalı: sərgidəki fiqurların insan olduğu üzə çıxdı Dünya

İranda keçirilən "Kish Inox Tech Expo" sərgisində təqdim olunan robotların əslində insan olmasının üzə çıxması qalmaqala səbəb olub.

News24.az-ın məlumatına görə, sərgidə “inkişaf etmiş robotlar” kimi təqdim edilən fiqurların əslində kostyum geyinmiş və qrim edilmiş insanlar olduğu müəyyən olunub.

Parlaq geyimlər, LED eynəklər və mexaniki hərəkətləri təqlid edən fiqurların əvvəlcə robot təsiri yaratsa da, ziyarətçilər qısa müddətdə həqiqəti seziblər. “Miss Data” adlı “qadın robot”un üzündəki sızanaq izləri, nəfəs alması və göz qırpması illüziyanı tamamilə dağıdıb.

Görüntülər sosial şəbəkədə yayılandan sonra sərgi məsxərəyə çevrilib. İstifadəçilər insan detalları üzərindən paylaşımları ələ salaraq həm performansçıları, həm də təşkilatçıları tənqid ediblər. Bəziləri “robotun üzündəki sızanağa müalicə lazımdır”, digərləri isə “İranın robotları bizdən daha yaxşı nəfəs alır” kimi istehzalı şərhlər yazıblar