Roma Papası Putin və Zelenskiyə səsləndi

Roma Papası Putin və Zelenskiyə səsləndi Dünya

Roma Papası XIV Leo Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskini danışıqlar masasına əyləşməyə və dialoqa başlamağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə “Do Rzeczy” portalı məlumat yayıb.

“Biz Rusiya və Ukrayna liderlərini danışıqlar masasına əyləşməyə, dialoqa başlamağa və müharibələri davam etdirmədən həll yolları axtarmağa çağırmaqda davam edirik. Biz heç kimi buna məcbur edə bilmərik. Bəzən səylərimizin mənasız olduğu görünə bilər, lakin biz danışmağa, dialoqa çağırmağa və öz səsimizi ucaltmağa davam edəcəyik”, — XIV Leo bildirib.