Rus ordusu Türkiyə hərbi texnikasını ələ keçirdi

Rus ordusu Türkiyə hərbi texnikasını ələ keçirdi Dünya

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Kursk vilayətinin İvaşkovski kəndinin azad edilməsi zamanı Ukrayna ordusuna məxsus “Kirpi” zirehli texnikasını (Türkiyə istehsalı – red.) ələ keçiriblər.

News24.az xəbər verir ki, bu barədə TASS Rusiya hərbi mənbələrinə istinadla məlumat yayıb.

“Bir Türkiyə “Kirpi”sini ələ keçirdik, salamatdır, İvaşkovskidədir”, - mənbə agentliyə deyib.

TASS yazır ki, “Kirpi” ələ keçirilən digər zirehli texnikaların sərgisində nümayiş etdiriləcək.

Nəşr bildirir ki, 2022-ci ilin noyabrında Türkiyə Ukraynaya 200 ədəd “Kirpi” minaya davamlı zirehli döyüş maşını tədarük edib./Teleqraf