Rus sakin yeddi il fermasında QUL - SAXLADI

Rus sakin yeddi il fermasında QUL - SAXLADI Dünya

Xakasiyada 47 yaşlı yerli sakin kişi və qadını qanunsuz olaraq saxlayıb onların əməyindən istifadə etməkdə şübhəli bilinir.

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə  İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Onun barəsində “Zərərçəkmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri ələ keçirmək və ya gizlətməklə şantaj, zor tətbiq etməklə və ya ondan istifadə hədəsi ilə iki və daha çox şəxsə münasibətdə qul əməyindən istifadə etmə” maddəsi ilə cinayət işi açılıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2016-cı ildə Çarkov kəndindən 20 km aralıda ferma sahibi olan şübhəli şəxs qeyri-sosial həyat tərzi keçirən kişi və qadını işə götürüb. İşəgötürən onlara təsərrüfatda müxtəlif işlərin görülməsinə görə müntəzəm maaş vəd edib. Kişi və qadın fermada gündə 16 saat işləyib, lakin itaətsizliklərinə görə şübhəli onları döyərək zirzəmiyə bağlayıb. Zərərçəkənlər isə işlərinə görə heç bir vəsait almayıb.

Aynurə