Rusiya Afrikaya çox sayda silah tədarük edir - ŞOK SƏBƏB
Dünya
Bu gün Rusiya Afrikanın ən böyük silah tədarükçüsüdür. İş o yerə çatıb ki, Çin, ABŞ və Fransanın Afrikaya ixrac etdiyi silahların ümumi miqdarı Rusiyanınkından azdır. Bu məqamda Rusiya iqtisadi cəhətdən mövcud bazarını saxlaya və onu daha da genişləndirə bilər.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya Afrikaya açılır. Xüsusilə Ukraynanın işğalı səbəbindən çətin vəziyyətdə olan Rusiya özü üçün yeni sahələr axtarır.
Afrikaya ən çox silah satan ölkə Rusiya olduğu üçün Bəzi Afrika ölkələrinin seçilmiş və ya çevriliş liderləri qərb ölkələrindən daha çox Rusiyaya üstünlük verirlər.
Qeyd edək ki, son zamanlar adı tez-tez hallanan “Vaqner” adlı muzdlu dəstə bir çox Afrika ölkələrində fəaliyyət göstərir.
Ülkər Abdurahmanlı