Rusiya atəşkəs elan etdi

Rusiya atəşkəs elan etdi Dünya

8 may saat 00:00-dan 10 maya qədər Rusiya atəşkəs elan edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Atəşkəs müddətində xüsusi hərbi əməliyyat zonasındakı bütün Rusiya qoşun qrupları döyüş əməliyyatlarını və Ukrayna ordusunun yerləşdiyi mövqelərə və Ukrayna ərazisinin dərinliklərində hərbi-sənaye kompleksi ilə əlaqəli obyektlərə zərbələri dayandıracaq.

Müdafiə Nazirliyindən bildirilib ki, Ukrayna Silahlı Qüvvələri atəşkəsi pozarsa və yaşayış məntəqələrinə zərbə endirməyə və Moskvada Qələbənin 81-ci ildönümü tədbirlərini pozmağa cəhd edərsə, adekvat cavab veriləcək.

Rusiya Ukrayna tərəfini də elan olunmuş atəşkəsə qoşulmağa çağırıb;