Rusiya Azərbaycan vasitəsilə İrana 13 ton dərman çatdıracaq
Dünya
Rusiya İrana humanitar yardım çatdıracaq.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Qurumun aviasiyası vasitəsilə dərman preparatlarının Azərbaycan Respublikasına çatdırılması təşkil olunub. Daha sonra onlar İran İslam Respublikası hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-ə məxsus İl-76 təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü daşıyacaq”, - deyə məlumatda bildirilib.
Bildirilib ki, bu addım Rusiya prezidenti Vladimir Putinin göstərişi və Rusiya FHN rəhbəri Aleksandr Kurenkovun tapşırığı əsasında təşkil olunub.