Rusiya ərazisinə raket zərbələri endirildi - Əhali təxliyə olunur

Rusiya ərazisinə raket zərbələri endirildi - Əhali təxliyə olunur Dünya

Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə raket və onlarla pilotsuz uçuş aparatı ilə zərbələr endirib. 

RTV Lenta.ru-a istinadən xəbər verir ki, məlumata görə Smolensk, Bryansk, Kursk, Belqorod, Orlov və Tver vilayətləri hücuma məruz qalıb.

Tver vilayətində yerləşən  Toropets şəhərinə ağır ziyan dəyib. 

Şəhər ərazisinə dronların bəzi hissələrinin yanan parçaları düşdüyünə görə, yanğın baş verib. Nəticədə yerli hakimiyyət əhalinin qismən təxliyəsini elan edib. və sakinlərin təxliyəsi ilə bağlı qaynar xətt açılıb.

Mirzə Altay