“Yeni və daha effektiv təkliflər irəli sürüldü”
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfərləri zamanı Rusiyanın Dövlət Dumasına sentyabrın 18-20-də keçiriləcək seçkilərdən sonra danışıqlara yenidən hazır olduğunu bildiriblər.
News24.az xəbər verir ki, bu barədə bazar ertəsi Fransa Prezident Administrasiyası məlumat yayıb.
Fransa Prezident Administrasiyasından bildirilib:
“Amerikalılar bizə dedilər ki, Rusiyada Duma seçkilərindən sonra danışıqlara yeni hazırlıq yaranacaq və bu kontekstdə biz danışıqların yenidən başlanmasına hazırlaşmalıyıq”.
Paris həmçinin qeyd edib ki, ukraynalılar ABŞ-nin xüsusi nümayəndələrinin Kiyevə səfərindən razı qalıblar. Bundan əlavə, ABŞ nümayəndələrinin müharibənin dayandırılması ilə bağlı yeni və daha effektiv təkliflər irəli sürdüyü bildirilib.