Rusiya ordusu Krım üzərində öz qırıcısını vurub
Dünya
Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz üçan aparatlarının Krımdakı obyektlərə hücumunu dəf edərkən səhvən öz qırıcısını vurub.
News24.az xəbər verir ki, bu barədə Ukrayna hərbi-dəniz qüvvələrinin sözçüsü Dmitri Pletençuk "Apostrof" efirində bildirib.
O həmçinin qeyd edib ki, yarımadaya gecə zərbələrindən sonra Qvardeyskdə neft bazasında yanğın başlayıb. (Apa.az)