Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini – - HƏDƏFƏ ALDI

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini – - HƏDƏFƏ ALDI Dünya
Ötən axşam Rusiya hərbçiləri Ukraynanın Donetsk və Xerson vilayətlərində dinc sakinləri və yaşayış məntəqələrini atəşə tutub. 

News24.az-ın yerli mənbələrə istinadən verdiyi məlumata görə,  bu barədə adı çəkilən regionların rəhbərləri açıqlama verib. 

Onların sözlərinə görə, hadisələr ardıcıl olaraq Jellanoe Pervoe, Liman, Avdeyevka, Kuraxovka və Krasnoqorovka qəsəbələrində baş verib. 

Xersonda isə rus əsgərlərinin açdığı atəş nəticəsində 1 dinc sakin güllə yarası alıb. 

Ümumilikdə ötən sutka Rusiya ordusu Xersonu 72 dəfə atəşə tutub. Yerli administrasiya rəhbərliyinin yaydığı xəbərə görə, əsasən yaşayış məntəqləri hədəfə alınıb. 

Fərid Azəri