Rusiya ötən gecə Ukraynadakı hədəflərə raket zərbələri endirib - VİDEO

Rusiya ötən gecə Ukraynadakı hədəflərə raket zərbələri endirib - VİDEO Dünya
“Ötən gecə “Tornado-S” reaktiv yaylım atəşi sistemləri vasitəsilə Ukraynayanın Kupyansk şəhəri ətrafında cəmləşmiş hərbi texnika və canlı qüvvəsinə zərbələr endirilib”.

News24.az xəbər verir ki, bu məlumat Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenində dərc olunub. 

Qeyd edək ki, “Tornado-S” reaktiv yaylım atəşi sistemi yerləşdiyi ərazinin 120 kilometrliyində cəmləşdirilən hədəflərin yerini kənar müdaxilə olmadan, yalnız peyk məlumatları əsasında yüksək dəqiqliklə müəyyən edib vurmaq qabiliyyətinə malikdir. 

Hədəfə buraxıldıqdan sonra hərəkətini avtomatik tənzimləyən bu sistem küləyin istiqamətini müəyyən edərək, ona uyğun hərəkət trayektoriyası seçməsi ilə də analoqlarından fərqlənir.