Rusiya qonşu ölkə ilə sərhəd-keçid məntəqəsini - BAĞLAYACAQ
Dünya
Rusiya Estoniya ilə sərhəddəki İvanqorod avtomobil keçid məntəqəsini bağlayacaq.
News24.az xəbər verir ki, bu barədə Şimal-Qərb Gömrük İdarəsinin gömrük nəzarətinin təşkili xidmətinin rəisi Aleksandr Vinoqradov məlumat verib.
Məlumata görə, keçid məntəqəsi 2024-cü il fevralın 1-dən yenidənqurma üçün bağlanacaq. Nəzarət-keçid məntəqəsinin təxminən iki il yarım fəaliyyət göstərməyəcəyi bildirilir.
Məhdudiyyət yalnız avtomobillərin keçid hissəsinə tətbiq ediləcək. Piyada hissəsi isə fəaliyyətini davam etdirəcək.