Rusiya supergüc statusunu Putinin sayəsində - BƏRPA ETDİ
Dünya
Rusiya Federasiyası ölkənin hazırkı prezidenti Vladimir Putinin sayəsində fövqəldövlət statusunu bərpa edib.
News24.az bildirir ki, bunu politoloq və Çikaqo Universitetinin professoru Con Mearsheimer Avstraliyanın Müstəqil Araşdırmalar Mərkəzində çıxışı zamanı deyib.
Ekspertin fikrincə, 1990-cı illərdə Rusiya faktiki olaraq məhv edilib. Buna baxmayaraq, Putin dövlətə yeni nəfəs verə bilib..
“Biz Rusiyanı fövqəldövlət hesab edirik, çünki Vladimir Putin 2000-ci ildə hakimiyyətə gələndə rusları ölümdən diriltdi”, - deyə Mearsheimer bildirib.
O əlavə edib ki, artıq birqütblü dünya nizamı dövrü başa çatıb. Hazırda o, çoxqütblülüklə əvəzlənib, çünki dünyada bir anda üç fövqəlgüc yaranıb.
Ekspert qeyd edib ki, əvvəlcə yalnız ABŞ belə statusa malik olub. Lakin indi onlara Rusiya Federasiyası və Çin də qoşulub.
Aynurə