Rusiya və Ukrayna nümayəndələri təkbətək GÖRÜŞDÜ
Dünya
Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri — Vladimir Medinski və Rustem Umerov — İstanbulun Çırağan sarayında təkbətək görüş keçirirlər.
News24.az xəbər verir ki, bu barədə TASS-a məlumat verən mənbə bildirib ki, görüş yalnız iki tərəf arasında keçirilir.
Daha əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin danışıqların keçiriləcəyi məkana çatdığı bildirilsə də, jurnalistlər onların gəlişini müşahidə etməyiblər.
Xeyrənsə Piriyeva