Rusiya XİN-dən Azərbaycanla bağlı açıqlama

Rusiya XİN-dən Azərbaycanla bağlı açıqlama Dünya

Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

"Bakı rusiyalılara Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən müraciəti ilə 2020-ci ildən bəri fərdi keçidlər üçün bağlanan "Astara" sərhəd keçid məntəqəsindən istifadə etmək imkanı verib", - diplomat qeyd edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Nəticədə Ali lider Əli Xamenei və bir neçə yüksək vəzifəli məmur öldürülüb. Bundan sonra "Astara" sərhəd keçid məntəqəsindən xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi başlayıb.