Rusiyada gözlənilməz qadağa: artıq bu saytlar istifadəçilər üçün əlçatmazdır
Dünya
“WhatsApp”, “YouTube”, “Facebook” və “BBC” saytı Rusiya rəsmi internet sistemindən çıxarılıb.
News24.az xəbər verir ki, bir neçə məşhur sosial şəbəkə və xəbər resurslarının domenləri Milli Domen Sistemi (MDS) siyahısından yoxa çıxıb.
Həmçinin “Facebook”, “Instagram” və böyük media saytlarının – “Deutsche Welle”, “Radio Svoboda”, “Nastoyashchee Vremya” və “BBC.com” MDS-dən çıxarıldığı bildirilir.
Ekspertlər izah edir ki, bu, əvvəlkindən daha sərt bloklama növüdür və əslində Rusiyada “suveren internet”ə, yəni Rusiya internetinə keçidin başlanğıcıdır.
Bloklanan sayta daxil olmağa çalışanda istifadəçilər “belə sayt mövcud deyil” mesajı alacaqlar.