Rusiyada güclü yanğın: ölənlərin sayı artdı – YENİLƏNDİ
Dünya
Yaroslavl vilayətindəki yanğında ölənlərin sayı 14 nəfərə yüksəlib.
News24.az xəbər verir ki, daha bir qadın xəstəxanaya yerləşdirilib.
Rusiya FHN-in məlumatına görə, yanğın artıq söndürülüb.
Yanğının baş verdiyi Kubrinsk kəndində isə sentyabrın 30-u matəm elan edilib.
***21:12
Yaroslavl vilayətindəki yanğında ölənlərin sayı 13 nəfərə çatıb.
News24.az xəbər verir ki, operativ məlumatına açıqlamasına görə, ilkin ehtimalla yanğına səbəb təhlükəsizlik qaydalarının pozulması olub.
***20:48
Yaroslavlda pirotexnika istehsalı müəssisəsində baş verən partlayış zamanı ölənlərin sayı 10 nəfərə yüksəlib.
News24.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
***20:00
Yaroslavlda baş verən yanğında daha 7 işçinin taleyi naməlum qalır.
News24.az xəbər verir ki, bu barədə operativ xidmət məlumat yayıb.
***19:05
Rusiyanın Yaroslavl vilayətində yanğın baş verib.
News24.az-ın xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə pirotexnika istehsalı müəssisəsində baş verib.
Yerli Vahid Növbətçi Dispetçer Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var. (TASS)