Rusiyada məktəbdə atışma: Ölən və yaralananlar var
Dünya
Rusiyanın Anapa şəhərində məktəbdə baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
News24.az xəbər verir ki, bunu Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev açıqlayıb. Bildirilib ki, şəhərdəki məktəblərdən birində silahlı hücum baş verib.
Qubernatorun sözlərinə görə, məktəbin mühafizəçisi hücum zamanı həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Rusiya Daxili İşlər Nazirliyi hücuma görə məsul şəxsin tutulduğunu və araşdırmanın başladığını bildirib. Məktəb və yerli hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu təsdiqləyiblər.