Rusiyada PUA-nın düşməsi nəticəsində “Azot” zavodunda yanğın baş verib

Rusiyada PUA-nın düşməsi nəticəsində “Azot” zavodunda yanğın baş verib Dünya


Rusiyanın Tula vilayətində PUA-nın düşməsi nəticəsində Azot zavodunda yanğın baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Milyayev öz “Telegram” kanalında məlumat verib.

"PUA-nın qəzaya uğraması nəticəsində "Novomoskovsk Azot"da yanğın baş verib. Yanğın söndürülüb. Çirkləndiricilərin icazə verilən həddi aşması qeydə alınmayıb", - məlumatda deyilir.

O həmçinin bildirib ki, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.