"Rusiyada səfərbərlikdən yayınmaq istəyənlər Ermənistana gələ bilər" - Simonyan

"Rusiyada səfərbərlikdən yayınmaq istəyənlər Ermənistana gələ bilər" - Simonyan Dünya

Ermənistan hakimiyyəti Rusiyada yeni səfərbərlik elan olunacağı təqdirdə ölkəyə gəlməyə çalışan Rusiya vətəndaşlarına mane olmayacaq.

News24.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Dojd” telekanalına müsahibəsində bildirib.

Telekanalın jurnalisti Yekaterina Kotrikadze Simonyana “Ermənistan cəbhəyə göndərilməkdən yayınmaq istəyən rusiyalıların yeni axınını qəbul etməyə hazırdırmı?” sualını ünvanlayıb.

Təhlükəsizlik Şurasının katibi isə cavabında “Sərhəddə ölkəyə niyə gəldiyini heç kimdən soruşmaq niyyətində deyilik. Bildiyiniz kimi, Rusiya vətəndaşları xarici pasport olmadan da ölkəmizə gələ bilərlər. Rusiyalılara yalnız bir söz deyə bilərəm: “Ermənistana xoş gəlmisiniz”. Ermənistana gəlməklə axtardıqları hər şeyi burada tapa biləcəklər. Özləri üçün uyğun olan vaxtda yenidən Rusiyaya qayıda bilərlər. Ermənistan heç bir maneə yaratmayacaq, lazım olsa, kömək də edəcəyik” deyib.