Rusiyada xəstəxanada insident: tibb bacısına hücum edildi

Rusiyada xəstəxanada insident: tibb bacısına hücum edildi Dünya

Rusiyanın Orsk şəhərindəki xəstəxananın təcili yardım şöbəsində sərxoş kişi tibb bacısına hücum edib.

News24.az xəbər verir ki, hadisə Novosibirskaya küçəsində baş verib. Belə ki, aqressiv kişi tibb işçisinin üzünə yumruq vurub.

Xəstəxana işçiləri dərhal polisə zəng etsələr də, hücum edən şəxs hüquq-mühafizə orqanları gələnə qədər hadisə yerindən qaçmağı bacarıb. Stressə və aldığı zərbəyə baxmayaraq, tibb bacısı xəstəlik məzuniyyətinə çıxmamaq qərarına gəlib və vəzifəsini davam etdirib.