Rusiyadan ABŞ-yə sərt sözlər: - "Sizin günahınız ucbatından..."
Dünya
“Rusiya-ABŞ münasibətləri Vaşinqtonun günahı ucbatından hər an pozulmaq riski altındadır, bu, Moskvanın seçimi deyil”.
News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 90-cı ildönümü münasibətilə yaydığı müraciətdə qeyd olunub.
"ABŞ və ya kollektiv Qərb onların qurmaq istədikləri dünya düzənini qəbul etmək istəməyən Rusiya və Çini cilovlamağa çalışır.
Rusiya-Amerika münasibətlərindəki dərin böhranın səbəbi də budur. Fanatik Rusiya nifrətini mənimsəyən Vaşinqtonun günahı ucbatından münasibətlər zəifləyib, hər an pozulmaqla hədələnir. Bu, Rusiyanın seçimi deyil”.
Nazirlik vurğulayıb ki, ABŞ-ın məsuliyyətsiz hərəkətləri və Moskvaya “strateji məğlubiyyət” yaşatmaq məqsədi fəlakətli nəticələrə gətirib çıxara bilər.
Ayşən